Premyer Liqasında XXXV turun üç oyununun VAR təyinatları açıqlanıb.
Sportnet.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunların ikisində VAR hakimləri əcnəbi olacaq.
"Sabah" - "Sumqayıt" görüşündə belçikalı Natan Verbumen iş başında olacaqsa, "Səbail" - "Neftçi" matçına italiyalı Devid Qersini nəzarət edəcək.
18 may (şənbə)
17:00. “Sabah” – “Sumqayıt”
VAR: Natan Verbumen
AVAR: Əliyar Ağayev
17:00. “Səbail” – “Neftçi”
VAR: Devid Qersini
AVAR: Eyyub İbrahimov
17:00. “Kəpəz” – “Zirə”
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov