FİFA prezidenti Yozef Blatter Sürixdə baş tutan federasiyanın tibb konfransında iştirakdan imtina edib. Sportnet.az-ın məlumatına görə, bu barədə qurumun səhiyyə departamentinin təmsilçisi İrji Dvorjak xəbər verib.
Onun sözlərinə görə, prezidentin başı korrupsiya qalmaqalına qarışdığı üçün konfransa gələ bilməyib: "Blatter bizim konfransda iştirak etmədiyi üçün üzr istəyib. Buna səbəb diqqətinin son hadisələrə yönəlməsidir. İndi onun məşğul olması gərəkən daha önəmli işləri var. Lakin səhiyyə də bizim qurumun önəmli hissələrindən biridir".
Qeyd edək ki, ötən gün FİFA-da korrupsiya aşkarlanıb və nəticədə qurumun bir çox üzvü həbs olunub.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |