Portuqaliyalı tanınmış mütəxəssis Joze Mourinyo Türkiyənin "Fənərbağça" komandasının baş məşqçisi postuna təyin olunacaq.
Sportnet.az xəbər verir ki, bu barədə italiyalı insayder Canluka di Marzio məlumat verib. Onun sözlərinə görə, Mourinyo İstanbul nəhəngi ilə 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, portuqaliyalı mütəxəssisin son iş yeri bu ilin yanvarında yollarını ayırdığı İtaliyanın “Roma” komandası olub.