Türkiyə millisinin heyətində yer alan əslən azərbaycanlı sprinter Ramil Quliyev Çinin paytaxtı Pekindəki dünya çempionatı zamanı xəstələnib. Sportnet.az-ın məlumatına görə, 25 yaşlı idmançı bunu 200 metr məsafəyə final qaçışından sonra etiraf edib.
O bildirib ki, qaldığı otelin kondisionerində problem olduğundan, xəstələnib: "Buna görə çox üşüdüm və xəstələndim. 4 gündür xəstəliklə qaçırdım. Medal qazanmağı çox istəyirdim. Amma hələ buna hazır deyiləm. Hədəfim olimpiadadır və bu çempionat bizə dərs oldu".
Qeyd edək ki, Ramil Quliyev dünya çempionatında 200 metr məsafəyə qaçışda 6-cı yeri tutub.