"Ayyarım öncə Azərbaycandan təklif
almışdım". Sportnet.az-ın məlumatına görə, bunu Kipr AEL-inin sabiq baş məşqçisi
İvaylo Petev deyib.
Bolqarıstanlı mütəxəssis bildirib ki, həmin vaxt "Levski" ilə də ilkin danışıqları olub. Amma bu komandalardan heç birinə rəhbərlik etməsi baş tutmaylb. Petev səbəb kimi müqavilə ilə məxsus olduğu AEL-i tərk edə bilməməsini göstərib.
Qeyd edək ki, İvaylo Petevin iyunda "Qəbələ" ilə müqavilə bağlayacağı gözlənilirdi. Lakin gənc mütəxəssis AEL klubu ilə anlaşmasını 2016-cı il mayın 30-dək təzələyib. Ötən ay isə o, istefaya göndərilib.