Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovla müqaviləni pozan Türkiyənin "Karşıyaka" klubunda növbəti baş məşqçi istefası gerçəkləşib. Sportnet.az-ın məlumatına görə, Ayhan Akman I Liqada XXVIII turun açılış matçında "Altınordu"ya 0:5 hesablı məğlubiyyətdən sonra postunu tərk edib.
Onun istefa ərizəsi rəhbərlik tərəfindən qəbul olunub. Akman klub prezidenti Fatih Dinizlə görüşərək, uğursuz nəticələrlə əlaqədar komandadan ayrılmaq istədiyini söyləyib. Diniz isə gənc mütəxəssislə 2016-cı ilin mayınadək qüvvədə olan müqaviləni pozmağa razı olub.
Qeyd edək ki, "Karşıyaka" mövsümə Yusuf Şimşəklə başlayıb. Lakin Şimşək qışda "Antalyaspor"a yollandığından, baş məşqçi vəzifəsi Ayhan Akmana həvalə olunub. "Karşıyaka" Akmanın rəhbərliyi altında çıxış etdiyi 7 matçda 4 qələbə, 3 məğlubiyyət alıb. İzmir komandası mövsümün sonuna 6 tur qalmış "pley-off" səddindəki "Şanlıurfaspor"dan 4 xal geridə - 8-ci pillədə yer alıb. Mahir Şükürov "Karşıyaka" ilə müqaviləsini ötən həftə pozub.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |