
Bu gün Turkiyə 1-ci liqasında XXVIII tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, son oyun günündə cəmi bir qarşılaşma baş tutub.
Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" yığmanın futbolçu Vaqif Cavadovun komandası "Boluspor"la qarşılaşıb. Görüş 3:0 hesabı ilə "Kayserispor"un xeyrinə başa çatıb.
Oyunda Kamran Ağayev əsas heyətdə yer alıb. Cavadov isə ehtiyat futbolçular sırasında yer alıb. O, oyuna 81-ci dəqiqədə daxil olub.
Qeyd edək ki, XXVII turdan sonra turnir cədvəlinə 57 xalla "Kayserispor" başçılıq edir. 32 xalı olan "Boluspor" isə 14-cu pillədə qərarlaşıb.
Türkiyə 1-ci liqası, XXVIII tur
20 aprel
"Kayserispor" - "Boluspor" 3:0
Qollar: O. Yokuşlu, 27, Bobo, 40, 89