1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Erməni futbolçunun dili başına bəla oldu
Rusiyanın "Spartak" klubunun ermənistanlı futbolçusu Araz Ozbiliz baş məşqçisi Murat Yakin haqda mətbuata verdiyi açıqlamaya görə cəzalandırılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun icraçı direktoru Roman Asxabadze xəbər verib.
Klub rəsmisi futbolçunun hərəkəti ilə bağlı bunları söyləyib: "Bu gün səhər "Spartak"ın yarımmüdafiəçisi Araz Ozbiliz ilə görüşüm oldu və onunla kifayət qədər sərt danışdım. O, müqavilənin şərtlərini pozdu. Və onun müqaviləsinə təsir edəcək məbləğdə cəzalanacaq. Ozbiliz öz növbəsində haqsız olduğunu və emosional davrandığını etiraf etdi. Hətta bəzi sözlərinin şişirdildiyini bildirib. İstənilən halda futbolçu özünü peşəkar aparmalıdır və klubun siyasətinə, müqavilə şərtlərinə xələl gətirəcək hərəkət etməməlidir. Gələcək addımları isə klubun baş məşqçisi ilə müzakirə edəcəyik. Gündəm xatirinə məsələni bu həddə gətirən jurnalistlərə görə isə sadəcə olaraq təəssüf edirəm".
Qeyd edək ki, Araz Ozbiliz baş məşqçisin onu əsas həyatdan kənarlaşdırıb, əvəzedici komandaya göndərmə səbəbini erməni-türk münasibəti ilə əlaqələndirmişdi.