
Milli komandamızın və İspaniya "Qranada"sının yarımmüdafiəçisi Eddi İsrafilov baş məşqçisiz qalıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Abel Resino istefaya göndərilib.
Bu ilin yanvarında klubun "sükanı arxası"na keçən 53 yaşlı mütəxəssis komandasının evdə "Espanyol"dan aldığı 1:2 hesablı məğlubiyyətdən sonra rəhbərliyin "səbr kasası"nı daşdırıb.
Qeyd edək ki, "Qranada" hazırda İspaniya La Liqasında 25 xalla 19-cu pillədə qərarlaşıb.