
Bu gün Türkiyə PTT 1-ci Liqasında 31-ci turun oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandamızın hücumçusu Vaqif Cavadovun şərəfini qoruduğu "Boluspor" evdə Cavid İmamverdiyevin klubu "Elazığspor"u qəbul edib.
İmamverdiyevin adı iştirak ərizəsinə salınmayıb. Cavadov isə əsas heyətdə yer almasa da, ehtiyat oyunçular arasında olub.
Görüş qolsuz bərabərliklə başa çatıb. Azərbaycanlı hücumçu qarşılaşmanın 80-ci dəqiqəsində meydana çıxıb. Lakin onun oyuna daxil olması da nəticəyə təsir etməyib.
Bu matçdan sonra "Boluspor" xal ehtiyatını 37-ə, "Elazıspor" isə 39-a çatdırıb.