
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov "Bakı 2015" Birinci Avropa Oyunlarına təyinat alıb. Sportnet.az-ın məlumatına görə, Məmmədov çimərlik futbolu üzrə matçları idarə edəcək.
Avropa Oyunlarına digər idman növləri ilə yanaşı, 8 komandanın iştirakı ilə çimərlik futbolu üzrə də qarşılaşmalar keçiriləcək. A qrupunda Azərbaycan, Portuqaliya, İsveçrə və Ukrayna, B qrupunda isə Rusiya, İtaliya, İspaniya və Macarıstan milli komandaları mübarizə aparacaq.
