Mayın 5-də idman jurnalistləri arasında
voleybol matçı keçiriləcək. Sportnet.az-ın məlumatına görə, tədbir Azərbaycan Voleybol Federasiyası (AVF) ilə
sabah 3 yaşı tamamlanacaq İdman Araşdırmalar Mərkəzinin (İAM) birgə
təşkilatçılığı ilə baş tutacaq.
Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 92-ci ildönümü münasibətilə keçiriləcək görüşdə məqsəd "Bakı
2015" I Avropa Oyunlarına jurnalist dəstəyi vermək, habelə, federasiya ilə
KİV arasında münasibətləri daha da sıxlaşdırmaqdan ibarətdir.
"Sağlam həyat
tərzi" devizi altında təşkil olunacaq görüşdə televiziya və yazılı media
nümayəndələrindən ibarət komandalar üz-üzə gələcək. Oyun AVF-nin idman zalında
keçiriləcək. Matçın ardından yarış iştirakçılarına hədiyyələr təqdim olunacaq.