
İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo keçmiş komandası "Real Madrid"ə keçməkdən imtina edib. Sportnet.az-ın xarici mətbuata istinadən məlumatına görə, "Kral klubu"nun hazırki baş məşqçisi Karlo Ançellottinin "Mançester Siti" ilə anlaşdığı xəbəri yayılıb.
Ancaq onun Madrid təmsilçisi ilə 2016-cü ilə kimi müqaviləsi var. Lakin klub onun rəhbərliyi altında Çempionlar Liqasının finalına adlaya bilmədi, İspaniya kuboku və ölkə çempionatında da titul əldə edə bilmədi.
Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü illərdə "Real Madrid"ə başçılıq edib.









































































