Türkiyənin "Beşıktaş" klubu baş məşqçisi Slaven Biliç ilə bağlı qərarını açıqlayıb. Sportnet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu haqda klubun bu gün keçirilən iclasında qərar verilib.
Klub rəhbərliyi xorvatiyalı mütəxəssisə daha iki oyunluq şans verib. Bu həftə "Qalatasaray"la matça "qara qartallar" onun rəhbərliyi altında çıxacaq.
Slaven Biliçin gələcəyi ilə bağlı son qərar mövsümün sonunda bəlli olacaq.
Qeyd edək ki, "Beşiktaş"dan gedəcəyi gözlənilən Biliçin yerinə göstərilən namizədlər arasında "Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi Mustafa Dənizli və Azərbaycan milli komandasının hazırki baş məşqçisi Robert Prosineçkinin adı vardı.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |