Rusiya Federasiyasının Vladiqafqaz şəhərində Azərbaycan futbol tarixinin ən istedadlı futbolçularından biri, hazırda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsində çalışan Nazim Süleymanovun 50 illik yubileyi qeyd olunacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb.
Yubilyar vaxtilə Vladiqafqazı təmsil edən "Alaniya” klubunun heyətində çıxış edib və klub rəhbərliyinin təklifi ilə veteran futbolçulardan ibarət "Neftçi” və "Alaniya” komandaları arasında mayın 24-də yoldaşlıq oyunu keçiriləcək.

Nazim Süleymanovun müraciətinə əsasən, "Neftçi” veteranlarının səfəri mayın 23-dən 25-dək AFFA tərəfindən təşkil olunacaq.