
Avro-2016-nın seçmə mərhələsində Azərbaycan milli komandasının Malta yığması ilə keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Malta - Azərbaycan qarşılaşması sentyabrın 6-da, Ta` Qali şəhərindəki Malta Milli stadionunda keçiriləcək.
Oyun yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.