"Neftçi" klubunun futbolçusu Araz Abdullayev yenidən milliyə dəvət almasından danışıb. Sportnet.az-ın məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi jurnalistlərə açıqlamasında dəvətə görə baş məşqçi Robert Prosineçkiyə minnətdarlığını bildirib.
O deyib: "Axır vaxtlar öz üzərimdə çox çalışırdım və buna görə dəvətin gələcəyini gözləyirdim. Gələcək oyunlarda milliyə xeyir verməyə çalışacam və uğurlu nəticələr üçün əlindən gələni edəcəm".
Qeyd edək ki, Araz Abdullayev Azərbaycan millisinin iyunun 7-də Serbiya ilə yoldaşlıq görüşünə, bundan 4 gün sonra isə Norveç ilə Avro-2016 seçmə qrup oyununa dəvət alıb.