1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bakı 2015" hərarəti Böyük Qafqazın cənub yamaclarında
"Bakı 2015" I Avropa Oyunlarının alovu mayın 23-dən Azərbaycanın Şimal-qərbinə - Böyük Qafqazın cənub yamaclarına səyahətinə başlayıb. Sportnet.az-ın məlumatına görə, məşəlin bu məkanda ilk tanışlığı, əvvəlcə, Alazan-Həftəran vadisində Balakən və sonra isə Alazan-Əyriçay vadisində Zaqatala ilə olub.
Ümumi uzunluğu 2,73 km olan estafet, Heydər Əliyev prospektində yunan-Roma güləşi üzrə Azərbaycan çempionu Xoçbar Xalayevin yürüşü ilə başlanıb. Daha sonra Səttar Gözəlov küçəsindən keçən yürüşdə Hacımurad Bağmanov, Gülxar Musayeva, Vüqar Şindiyev, Turan Əfəndiyev, Əzizət Şoranova, Eşqin Uzunov, Mirzə Həşimov və Əbdülqadir Umarov iştirak ediblər. Sonuncu məşəlçi Hacımurad Çöpsiyev quraşdırılmış səhnə önünə digər həmkarlarının önündə və sürəkli alqışlar altında gəlib. Aparıcının dəvəti ilə o, səhnədə qoyulmuş çırağı alovlandırıb.
"Bakı 2015"in Balakənə hədiyyəsini - çırağı rayon ictimaiyyətinin nümayəndəsinə 10-cu sinif şagirdi Albina Maqatova təhvil verib. Təntənəli mərasim səmaya göyərçinlərin buraxılması ilə başa çatıb. Amma məşəl karvanının bu mərasimdən sonra rayona səfəri yekunlaşmayıb və təbiət səfasının seyri ilə davam edib. Rayonun ecazkar təbitəinə qartalların qanad süzdüyü yüksəlikdən açılan mənzərə boyunca foto və video xroinika hazırlanıb.
Sonra karvan dəniz səviyyəsindən 535 metr hündürlükdə yerləşən Zaqatalaya yollanıb. 2,65 km-lik məşəl estafeti Heydər Əliyev prospektində, Bayraq meydanında budo döyüşü növləri üzrə dünya çempionu Təbriz Balaxanovun yürüşü ilə başlayıb, 28 May, Üzeyir Hacıbəyov, Sülh küçələrindən keçib. Qaçışda Elvira Buttayeva, Xədicə Xəlilova, Əsədulla Musayev, Qəzənfər Yahudov, Arif Ramazanov, Könül Əliyeva, Mahac Buştiyev, İlham Qırtımov və Nurəddin Qasarayev iştirak ediblər.
Estafet zamanı Dədə Qorqud parkında "Qala düzü” pilləkənlərinin önündə məşəl ayaq saxlayıb. Burada əbədi xatirəyə çevriləcək şəkillər çəkdirilib. Çəkilişdən sonra yoluna davam edən məşəl yürüşü Qala meydanında başa çatıb. Sonuncu məşəlçi, cüdo üzrə respublika çempionatının gümüş medalçısı Ariz Məmmədov 10 həmkarının müşayiəti ilə burada quraşdırılmış səhnənin önünə gəlib. O, tədbirə toplaşan izdihamlı kütlənin gur alqışları altında səhnəyə qalxaraq Oyunların sonuna qədər söndürülməyəcək daha bir "Bakı 2015" çırağını alovlandırıb.
Atəşgah məbədində ilk məşəlin alovlandırılması, Bakı 2015-ə həsr olunmuş videoçarxlar nümayiş etdirilib. Aparıcı məşəlçiləri səhnəyə dəvət edib və çırağın şəhərə təqdim olunması mərasimi keçirilib. Onu 11-ci sinif şagirdi Elşən Ramazanov şəhər ictimaiyyətinin nümayəndəsinə təhvil verib. Səmaya göyərçinlər buraxılıb, atəşfəşanlıq Zaqatala səmasını rənglərə boyayıb.
Qeyd edək ki, məşəl karvanı bu gün Qaxda olacaq.