
Azərbaycan futboluna ağır itki üz verib. Sportnet.az-ın məlumatına görə, "Neftçi” klubunun sabiq futbolçusu Telman Əzizov mayın 26-da dünyasını dəyişib. 
		
1952-ci ildə anadan olan Telman Əzizov 1973-1977-ci illər ərzində "Neftçi”nin heyətində 35 oyun keçirib, 1 qol vurub.
		
		
1952-ci ildə anadan olan Telman Əzizov 1973-1977-ci illər ərzində "Neftçi”nin heyətində 35 oyun keçirib, 1 qol vurub.
"Neftçi” klubunun kollektivi Telman Əzizovun vəfatından kədərləndiyini bildirib və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib. 
	
	
	









                 





    
    
    
    
    
    
    
    
    























































