
Almaniya Bundesliqasına vəsiqə uğrunda ilk "pley-off" matçı keçirilib. Sportnet.az-ın məlumatına görə, II Bundesliqada 3-cü yeri tutmuş "Karlsrue" yüksək liqanı 16-cı pillədə başa vurmuş "Hamburq"un qonağı olub.
Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarov "Karlsrue"nin start heyətində meydana çıxıb. O, 4-cü dəqiqədə komandasının vurduğu qolun ötürməsini verib. Nazarovun əvəzlənmədən keçirdiyi oyunda meydan sahibləri bərabərlik qolunu 73-cü dəqiqədə vurublar.
Qeyd edək ki, cavab görüşü iyunun 1-də olacaq.









































































