Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster VI turda isveçli Nils Qrandeliusla qarşılaşıb. Ağ fiqurlarla oynayan Məmmədyarov 16-cı gedişdə heç-heçəyə razılaşıb.
Hazırda 4 xalı olan Məmmədyarov hindistanlı Vidit Santoş Qucrati ilə birlikdə ilk iki pilləni bölüşdürür.