1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Seks, narkotik və üzgüçülük"
2012-ci il London Yay Olimpiya Oyunlarında üzgüçülük yarışları üzrə qızıl medal qazanmış Amori Levo Fransa yığmasında narkotik maddələrdən istifadə halları barədə öz kitabında yazıb. Sportnet.az-ın "L Equipe" nəşrinə istinadən məlumatına görə, Levo qadağan olunmuş maddələr qəbul edən idmançıların kimliyini açıqlamayıb.
Amma onun yazdığı "Kimsə vaxtlı-vaxtında kokain qəbul edirdi. Hətta məşqçilər də baş verənləri anlamırdılar. Azarkeşlər komandada baş verənlərdən xəbər tutsaydılar, xeyli təəccüblənərdilər" fikirləri geniş rezonans doğurub. "Seks, narkotik və üzgüçülük" ("Sexe, drogue et natation") kitabı bu həftə Fransada satışa çıxarılacaq.
Qeyd edək ki, Amori Levo 2013-cü ilin noyabrında karyerasını başa vurduğunu açıqlayıb. O, sərbəst üsulla 400 metr məsafəyə 4 nəfərlik estafetlə üzgüçülükdə London olimpiadasında və 2013-cü il dünya çempionatında qızıl medal qazanıb. Levo qısa məsafəyə üzgüçülük üzrə Avropa çempionatlarında isə dəfələrlə qalib olub.