
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Radomyak"ın heyətində Polşa Ekstraklasasında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası XXXI turda "Pyast Qlivitse"nin qonağı olub.
Qlivitsa şəhər stadionda baş tutan qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.
Dadaşov oyuna 75-ci dəqiqədə daxil olub.
“Radomyak” hazırda 37 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, Renat Dadaşovun komanda yoldaşı Rahil Məmmədov matçın iştirak ərizəsində yer almayıb.