
"Əlbəttə, çətin oyunda qələbə qazandıq. Rəqib bizdən aşağıda olsa da, yaxşı oynayır. Uduzduğu oyunlarda da pis mübarizə aparmamışdı".
Bunu "
Gərgin oyunun olacağını bilirdik. İmkanlarımızdan istifadə etsəydik, belə olmazdı. Lakin əvvəllər buraxdığımız səhvləri bu görüşdə təkrarlamadıq. Əksinə, nəticə çıxardıq. Fasiləyə çıxırıq, zədəlilərimiz var, çətindir.
Azarkeşlərimizi təbrik edirəm. Qələbə ilə xal fərqimizi artırdıq və irəlilədik".
Planlarımız davam edir. Bu dəfə vaxtımız azdır. Bu, bir tərəfdən yaxşıdır ki, futbolçularımız tonusda olacaqlar. 5 futbolçumuz U-21 yığmasına gedəcək.
Həm 2, həm də tək hücumçu ilə oynayırıq. Sevindirici haldır ki, Abdullah Şuaybu 2 oyundur komandaya uyğunlaşır. Gələn tur "Kəpəz"lə oyunumuz var. Bizə çətin olacaq. Yeni baş məşqçi ilə çıxacaqlar.