
Azərbaycan idmançıları III MDB Oyunlarında bu gün cəmi 5 medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, medallardan 2-si gümüş, 3-ü bürünc əyarlı olub.
Gümüş medallardan biri basketbolun 3x3 növündə, digəri atıcılıqda, "bürünc"lər isə qılıncoynatma, atıcılıq və qızların voleybol yarışında əldə olunub.
Beləliklə, Azərbaycan idmançılarının qazandıqları medalların sayı 166-ya çatıb. Hazırda təşkilatçı ölkənin aktivində 29 qızıl, 48 gümüş, 89 bürünc medal var.
Əvəzində Belarus bu gün 5 qızıl, 5 gümüş, 3 bürünc medal qazanaraq, Azərbaycanı keçib. Hazırda Belarusun medal sayı az - 114 olsa da, medal əyarında 2-ci yerdə qərarlaşıb.
Rusiya 212 (116 qızıl, 58 gümüş, 38 bürünc) medalla birinci yerdə gedir.