"Çox böyük təcrübə əldə ediləsi oyundur. Çox tanınmış, köklü, dünyanın bir nömrəli Liqasından gəlmiş kluba qarşı oynayacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evə İngiltərə "Nyukasl"ına qarşı keçirəcəkləri
Oyuna hazırlıq üçün vaxtımız az oldu. Futbolçuların açıqlamalarından Çox məsuliyyətli olduqları, sabahkı oyun ciddi yanaşdıqları görünür.
Rəqib isə heç kimin onlara qarşı oynamaq istəmədikləri komandadır. Ağıllı və cəsarətli oynamağa çalışacağıq. Rəqib bizi bir çox komponetləedə üstələyə də, inanıram ki, futbolçular özlərinin ən yaxşı oyunlarını sərgiləyəcəklər.
Onun sözlərinə görə, buraxdıqları qolların çoxluğu rəqiblərin ustalığından irəli gəlir. Amma Qurbanov hücumda ola-ola müdafiə olunmağı üstün tutduqlarını diqqətə çatdırıb: "Azarkeşlərin oyundan həzz almalarını, daha dinamik oyun izləmələrini istərdim".
Qurbanov qısa müddətdə bərpa olunmağa çalışdıqlarını bildirib: "Kənardan baxırdım, futbolçular pis hazırlaşmırdılar. İstəkli idilər. Bir neçə gün əvvələ qayıtmaq istəməzdim".
Baş məşqçi "Nyukasl"ın yaxşı formada olmaması fikri ilə razılaşmayıb: "İngiltərə Premyer Liqasında işlərin yaxşı getməməsi fikri ilə razılaşmıram. Orada Premyer Liqanı Çempionlar Liqasından üstün tuturlar".
54 yaşlı mütəxəssis Kadi Borgesin geri dönüşündən məmnunluq ifadə edib. O, tam heyətin sabah səhər bilinəcəyini söyləyib.
Baş məşqçi Nəriman Axundzadənin yerinə yeni oyunçu dəvət edə bilməyəcəklərini söyləyib.
O, "Qarabağ"ın düzgün yolda olduğunu bildirib: "Güclü klublarla bir yerdə olmaq bizə əlavə güc verir. Komandaların ümumi durumuna baxsaq, favorit "Nyukasl"dır. Amma qələbə qazanmaq istərrik. Futbolda maraqlı nəticələr ola bilər".
Qurbanov qapıçı Mateuş Koxalskinin sabahı oyunda iştirak ehtimalını yüksək qiymətləndirib: "Əlavə problem olmasa, start heyətdə olacaq".











































































