"Bizi çox tarixi və çətin oyun gözləyir"
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kamilo Duran evdə İngiltərə "Nyukasl"ına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
kolumbiyalı hücumçu bildirib ki, doğma azarkeşlər önündə ən yaxşı oyunlarından birini sərgiləyəcəklərini diqqətə çatdırıb. O, İngiltərə təmsilçiılərinin çox sürətli və fiziki cəhətdən çox gücle komanda olduqlarını bildirib: "Çətin olsa da, onlara qarşı ciddi hazırlaşmışıq. Xoşbəxtəm. Bu, karyeramın ən uğurlu dönəmidir. Amma daha sürətli olmalı, bir çox keyfiyyətlərimi yaxşılaşdırmalıyam".
Duran Kolumbiya millisi ilə 2026-cı il dünya çempionatında oynamağın uşaqlıq arzusu olduğunu bildirib: "Bu mövsüm həqiqətən də yaxşı oyunlar keçirirəm. Amma hələ millidən dəvət almamışam. Çempionlar Liqasında daha bit qol vuraraq, Kolumbiya furbolu tarixinə düşməyə və bu hədəfə çatmağa hazıram".












































































