İngiltərədə "Nyukasl" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda insident baş verib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan komandasının futbolçusu Coni Montiel rəqibin cərimə meydançasına daxil olduğu vaxt rəqib yarımmüdafiəçi Sandro Tonalinin müdaxiləsindən sonra yerə yıxılıb.
İtaliyalı baş hakim Davide Massa "davam" qərarı versə də, Tonali Montielə yaxınlaşaraq, onu simulyasiyada ittiham edib və ciddi irad bildirib.
İspaniyalı yarımmüdafiəçi italiyalı rəqibinə qarşılıq verincə, tərəflər bir-biriləri ilə tutaşıblar. Onları komanda yoldaşları aralayıblar.
Qeyd edək ki, hazırda "Nyukasl" öndədir - 3:2.













































































