Azərbaycan cüdoçusu Ömər Rəcəbli Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib Rusiya təmsilçisi Abdul-Kərim Tasuyev olub.
Rəcəbli saxlama fəndi ilə qalib gələrək, qızıl medala sahib olub.
Beləliklə, Azərbaycanın Böyük Dəbilqədə qazandığı medal sayı 3-ə çatıb. İlk yarış günündə 60 kq çəki dərəcəsində Əhməd Yusifov qızıl, Balabəy Ağayev gümüş medal əldə edib.
Qeyd edək ki, ikinci yarış günündən sonra Azərbaycan ümumi sıralamada Yaponiyadan sonra 2-ci, kişilərin mübarizəsində 1-ci yerdə gedir.















































































