AFFA İntizam Komitəsi I Liqada XVII turun “Şəfa” – “Şahdağ Qusar” oyununda baş vermiş insidentlərlə əlaqədar qərarlar qəbul edib.
Sportnet.az-ın məlumatına görə, “Şəfa” komandası 5 futbolçusunun sarı vərəqə alması səbəbindən 210 manat ziyana düşüb.
Qalan cəzalar isə Qusar klubuna kəsilib.
Klub 4 nəfər sarı vərəqə aldığı üçün 210 manat cərimələnib.
45+2-ci dəqiqədə həkim Müşfiq Hümmətli, 90+4-cü dəqiqədə məşqçi Babək Allahverdiyev hakimi təhqir və təhdid etdiklərinə görə birbaşa qırmızı vərəqə aldıqları üçün hərəyə 4 oyunluq cəzaya, “Şahdağ Qusar” isə hər birinə görə 3 000 manat cəriməyə məruz qalıb.
Oyun bitdikdən sonra “Şahdağ Qusar”ın icraçı direktoru Mirzə Bayrampul “A buraxılışı” akkreditasiyası olmadan Zona 1-ə daxil olduğuna görə klub 300 manat cərimə edilib.
Qeyd edək ki, martın 5-də keçirilmiş oyun "Şəfa"nın qələbəsi ilə yekunlaşıb - 2:1.













































































