FİFA 2014-cü ilin ən yaxşı qolu adına 3 namizədi açıqlayıb. Sportnet.az-ın məlumatına görə, siyahıya irlandiyalı qadın futbolçu Stefani Rouç da düşüb.
"Pimaunt Yunayted"in hücumçusunun "Veksford"un qapısından keçirdiyi top ən yaxşılardan sayılıb. Digər 2 qol DÇ-2014-də vurulub. İspaniya "Real Madrid"inin hücumçusu Xames Rodriges Kolumbiya yığmasının heyətində 1/8 final matçında Uruqvayı, İngiltərə "Mançester Yunayted"inin forvardı Robin van Persi isə Hollandiya millisində qrup mərhələsinin ilk tur oyununda İspaniyanı məyus edib.
Mərasim 12 yanvar 2015-ci ildə İsveçrənin Sürix şəhərində təşkil olunacaq.