
AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan milli komandası ilə qarşılaşacaq Malta yığmasının baş məşçqçisi Pietro Gedin oyunöncəsi mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, konfrans oyun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
Oyun haqda danışan italiyalı mütəxəssis komandanın hazırlığının yaxşı keçdiyini deyib: "Hazırlığımız yaxşı keçdi və buraya böyük ümidlərlə gəlmişik. Nəticə qazanacağımıza inanırıq. Gürcüstanla oyun keçirdik və bu bizim üçün ağır məğlubiyyət oldu. problemimi yalnız yunçularla bağlıdır".
- Bugünkü məşqdən sonra oyunçuların vəziyyətini necə dəyərləndirirsiniz?
- Əsas olan bugünkü məşq yox, sabahkı oyundur. Oyun zamanı futbolçularda məsuliyyət hiss olunur və bu səbəbdən sabahı gözləmək lazımdır.
- Robert Prosineçkinin ilk rəsmi oyunudur və bu oyun Azərbaycan üçün dönüş nöqtəsi ola bilər. Çətin olmayacaq?
- Bu bizim üçün maraqlı deyil. Əvvəl bu komandaya məğlub olduq, indi isə qalib gəlmək istəyirik.
- Malta, Azərbaycan tipli komandalar sıx qrafikdən narazı qalırlar. Ancaq Malta Gürcüstanla yoldaşlıq oyunu keçirdi. Demək olar ki, Malta Azərbaycan millisindən fiziki baxımdan daha güclüdür?
- Yorğun olsaq da, bu o demək deyil ki, biz məğlub olub, oynamayacağıq. Əgər bir komanda bu qrafikə tab gətirə bilməyəcəksə, oyuna çıxmasın.
- Azərbaycan qarşısını qələbə qazanmaq məqsədi qoyub. Siz nə düşünürsünüz?
- Deməzdim ki, yoldaşlıq görüşləri bizim üçün az əhəmiyyət kəsb edir. Hamısının öz əhəmiyyəti var. Ümid edirik ki, ən azından məğlub olmayacağıq.
- Azərbaycan məğlubiyyəti faciə kimi qiymətləndirəcək. Bəs sizdə necədir?
- Hər bir komanda qələbə qazanmaq istəyir. Mübarizə aparacağıq və məqsədimiz qalib gəlməkdir. Azərbaycan güclü komandadır. Azərbaycanlı azarkeşlərdə həyəcan var və bunu başa düşə bilmirəm.
- 4 futbolçunun zədəli olduğunu bildirmişdiniz. İndi onların vəiyyəti necədir?
- Biz hər şeyi həll etməyə çalışırıq. İnanırıq ki, sabaha qədər hər şey yaxşı olacaq.