"Formula 1"in fəxri prezidenti və keçmiş sahibi Berni Ekklstoun dördüncü dəfə ata olacaq.
Sportnet.az-ın "F1-Insider"ə istinadən verdiyi məlumata görə, 89 yaşlı milyarderin 41 yaşlı həyat yoldaşı Fabianadan övladı iyulda dünyaya gələcək.
Hazırda Ekklstounun 3 qızı var. Onlardan kiçiyi Petra 32, ortancılı Tamara 36, böyüyü Debore 65 yaşındadır. İndi o, 2012-ci ildə ailə qurduğu Fabiana Flozi ilə Braziliyanın San-Paulu şəhəri yaxınlığındakı kofe plantasiyasında qalır.
Qeyd edək ki, Berni Ekklstoun "Formula 1"dəki işlərindən 2017-ci ildə aralanıb. Hazırda dünya çempionatına tam nəzarət hüququ "Liberty Media"ya məxsusdur.