1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa çempionatında bir dəst medal
İsveçrənin Möntrö şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatını Azərbaycan milli komandası bir dəst medalla başa vurub. Sportnet.az-ın məlumatına görə, sonuncu yarış günündə Payam Qubadi Uqaz bürünc medala sahib olub.
87 kq çəki dərəcəsində çıxış edən iranlı legioner ardıcıl olaraq, xorvatiyalı Nikola Boyonu 4:0, fransalı MBar NDiayeni 3:0, böyük britaniyalı Damon Sansumu 1:0 hesabı ilə yenərək, yarımfinala çıxıb. Finala gedən yolda Qubadi rusiyalı Vladislav Larinə 0:10 hesabı ilə uduzub və bürünc medalla kifayətlənib.
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Radik İsayev isə 87 kq-dan yuxarı çəki dərəcəsində ilk görüşdəcə gözlənilmədən ukraynalı Mixaylo Şelestə 4:5 hesabı ilə yenilərək, mübarizəni dayandırıb.
Qeyd edək ki, əvvəlki yarış günlərində Milad Beigi Harçeqani (80 kq) qızıl, Patimat Abakarova (53 kq) gümüş medal qazanıb.