"Final görüşü mənim üçün çox yaxşı keçdi. Bütün rəqiblərimi rahatlıqla məğlub etdim, yalnız həlledici görüşdə çətinlik çəkdim".
Sportnet.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Bakıda keçirilən paracüdo üzrə Qran-pri turnirində qızıl medal qazanan Vüqar Şirinli deyib.
60 kq çəki dərəcəsində mübarizə aparan idmançı turnirin çox yaxşı təşkil olunduğunu söyləyib. O, bunun üçün Azərbaycan Cüdo Federasiyasına və Milli Paralimpiya Komitəsinə öz təşəkkürümü bildirib. Şirinli "Tokio 2020" Yay Paralimpiya Oyunlarında uğur qazanacağına inandığını vurğulayıb.
Qadınların yarışında qızıl medal qazanan Şahanə Hacıyeva da öz fikirlərini bölüşüb. 48 kq-da yarışan cüdoçu 18 yaşının olduğunu, lakin çempion olmaq üçün yaşın önəminin olmadığını bildirib: "Əsas gücdür. Gücüm də mənə uğur qazanmağa imkan verir. Məqsədim Yay Paralimpiya Oyunlarında medal qazanan ən gənc Azərbaycan idmançısı olmaqdır".