UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turuna start verilib.
Sportnet.az xəbər verir ki, maraqlı görüşlərdən biri İngiltərədə "Arsenal" və PSJ arasında keçirilib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İtaliyanın "Milan" komandası səfərdə "Bayer"ə uduzub. "Barselona" isə doğma meydanda İsveçrə təmsilçisi "Yanq Boys"u darmadağın edib - 5:0.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
II tur
1 oktyabr
"Zaltsburq" (Avstriya) - "Brest" (Fransa) 0:4
"Ştutqart" (Almaniya) - "Sparta" (Çexiya) 1:1
"Arsenal" (İngiltərə) - PSJ (Fransa) 2:0
"Barselona" (İspaniya) - "Yanq Boys" (İsveçrə) 5:0
"Bayer 04" (Almaniya) - "Milan" (İtaliya) 1:0
"İnter" (İtaliya) - "Srvena Zvezda" (Serbiya) 4:0
"Borussiya" (Dortmund, Almaniya) - "Seltik" (Şotlandiya) 7:1
PSV (Niderland) - "Sportinq" (Portuqaliya) 1:1
"Slovan" (Slovakiya) - "Mançester Siti" (İngiltərə) 0:4
Qeyd edək ki, Liqa mərhələsinin II turuna bu gün keçiriləcək 9 oyunla yekun vurulacaq.