“Neftçi” baş məşqçi Roman Qriqorçukla vidalaşıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Klub təcrübəli mütəxəssisə əməkdaşlığa görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.