Futbol üzrə milli komandamızın Estoniya ilə son səfər oyununda kapitanı olmuş "Qarabağ"ın müdafiəçisi Abbas Hüseynov bu gün ailə həyatı qurur.
Sportnet.az sport.az-a istinadən xəbər verir ki, tanınmış futbolçu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun böyük qardaşı Musa Qurbanovun qızı ilə izdivaca girir. Toy mərasimi "Sapfir" Şadlıq Sarayında keçiriləcək.
Qeyd edək ki, "İnter"dəki çıxşları ilə tanınan Abbas Hüseynov Gəncədə doğulub.
Musa Qurbanov isə əslən Zaqatalalıdır və 1993/94 mövsümündə Azərbaycan çempionatının bombardiri kimi adını futbol tariximizə yazdırıb.
Musa və Qurban Qurbanov qardaşları 1-ci Liqada mübarizə aparan "Zaqatala" Futbol Klubunun qeyri-rəsmi sahibləri kimi tanınır.