
“Zirə” icarəyə götürdüyü futbolçu Rüstəm Əhmədzadə ilə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə "qartallar" sosial şəbəkə hesabında məlumat yayıb.
“Qarabağ”dan icarəyə götürülmüş 25 yaşlı hücumçu ilə müqavilə uzadılmayıb.
Qeyd edək ki, Rüstəm Əhmədzadə 2022-ci ilin yanvarından "Zirə"də çıxış edirdi.