
“Neftçi” futbolçusu Dembo Darbo ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi qambiyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Darbo 2024-cü ilin avqustundan “ağ-qaralar”ın şərəfini qoruyurdu.
Qeyd edək ki, Dembo Darbo “Neftçi”nin heyətində keçirdiyi 19 oyunda 5 qolla yadda qalıb.