
“Şamaxı”nın yay hazırlıq planı müəyyənləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsümün hazırlıqları iyulun 5-də Qəbələ şəhərində başlanacaq.
Komanda toplanış zamanı keçirəcəyi ilk yoxlama oyununda “Qəbələ” ilə qarşılaşacaq.
Görüş iyulun 14-ü Qəbələ şəhər stadionunda keçiriləcək.