
"Araz-Naxçıvan"ın heyətinə qatmaq istədiyi futbolçu Ba-Muaka Simakala Bakıya gəlib.
Sportnet.az xəbər verir ki, Almaniyada doğulmuş Konqo DR əsilli hücumçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
28 yaşlı forvardın son klubu Almaniya III Liqasında çıxış edən "Osnabrük" olub. O, 23 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə verib. Azad agent statuslu Simakalaya Transfermarkt 550 min avro qiymət qoyub. Hücumçu Almaniyanın 18 yaşadək futbolçulardan ibarət yığmasında isə 1 oyuna çıxıb