
"Sabah" komandasının UEFA Avropa Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimindəki potensial rəqiblərinin sayı 4-ə enib.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi I mərhələdə Sloveniya "Tsele"sini keçsə, bu klublardan birinə rəqib olacaq:
"Braqa" (Portuqaliya)
"Legiya" (Polşa) - "Aktobe" (Qazaxıstan) cütünün qalibi
AEK (Larnaka, Kipr) - "Partizan" (Belqrad, Serbiya) cütünün qalibi
"Luqano" (İsveçrə)
Qeyd edək ki, püşkarma bu gün Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.