
Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “İmişli” komandası beş futbolçusu ilə müqaviləni yeniləyib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Həzrət İsayev, Mehdi Tahirov, İdris İnqilablı, Andrey Sinenka və Vüsal Qənbərovla müqavilə müddəti uzadılıb.
Qeyd edək ki, “İmişli” son mövsüm I Liqada 52 xalla ikinci olub.