
"Zirə"nin UEFA Konfrans Liqasının seçmə mərhələsində qarşılaşacağı Xorvatiyanın "Hayduk" klubu heyətini gücləndirməyə çalışır.
Sportnet.az "index.hr" saytına istinadən xəbər verir ki, Split təmsilçisi "Riyeka"nın futbolçusu Lindon Selahini transfer etmək istəyib.
Lakin "Riyeka" rəhbərliyi 26 yaşlı yarımmüdafiəçini Polşanın "Vidzev" komandasına satmağa qərar verib.
Lodz şəhərinin təmsilçisinin baş məşqçisi Jelko Sopiç Selahini "Riyeka"da olduğu dönəmdən tanıyır.
Qeyd edək ki, Jelko Sopiç 2019-2020-ci illərdə "Sabah"ın baş məşçisi olub.
"Zirə" "Hayduk"la iyulun 23-də evdə, iyulun 31-də səfərdə qarşılaşacaq.