Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə çoxlu yenilik olacaq.

 

Sportnet.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə Peşəkar Futbol Liqasının Texniki idman direktoru Elgiz Abbasov məlumat verib.

 

O bildirib ki, əsas yeniliklər çempionatın formatı, komanda sayı və legioner limiti ilə bağlı məsələlərlə əlaqədardır: "Bu mövsüm artıq 12 komanda mübarizə aparacaq. Ötənilkindən fərlqli olaraq, bu mövsüm çempionat 3 dövrədən ibarət olacaq. Nəticə etibarilə komandaların ev və səfər oyunların sayında fərq yoxdur. Legioner limiti ötən mövsüm 7+4 idisə, bu il limit yoxdur. Rüsumlarda da dəyişiklik olub ki, bunu da bilirsiniz".

 

Abbasov Premyer Liqada komandaların infrastruktur problemlərinə də diqqət çəkib: “Futbol hər zaman yeniliyi sevən idman növüdür. Artıq biz müəyyən dəyişikliklərə imza atmışıq. Komandaların infrastruktur problemi ola bilər. Biz daha əvvəl “Karvan” və “İmişli”nin stadionuna baş çəkmişdik. Oradakı stadionların vəziyyəti nəinki Premyer Liqa, hətta həvəskar səviyyədə futbol oynamağa da imkan vermirdi. Amma artıq hər iki klub təmir işlərinə başlayıb".

 

O, stadionlarla bağlı mövzunun PFL-i qayğılandırdığını vurğulayıb: "Çempionat başlamasına bir ay qalmış biz klublardan stadionlarını istəyirik. Hazırda 4 stadionla bağlı problem var. Tovuz şəhər stadionunda iyulun 20-dən təmir işləri başlayacaq. Təmir müddətində "Turan Tovuz" oyunlarını “Azersun Arena”da keçirəcəklər. Düzdür, tovuzlu azarkeşləri üzəcək, amma infrastirla bağlı yaxşı addımdır, artıq təbii örtüklü meydançada olacaqlar. “Karvan” Yevlax şəhər stadionunda təmirlə bağlı Şamaxı şəhər stadionundan, “Kəpəz” Qəbələ şəhər stadionundan yararlanacaq. “İmişli” isə bizdən xahiş edib ki, Quba şəhər stadionuna təfriş göndərin. Biz hələ baxacağıq".