Almaniyanın "Şalke" klubunun futbolçusu Klaas-Yan Huntelar gələcək karyerası ilə bağlı danışıb. Sportnet.az-ın məlumatına görə, 33 yaşlı hücumçu futbola hansı komandada davam edəcəyinə qərar vermədiyini bildirib.
O, artıq bir neçə təklifin olduğunu deyib: "Bəzi bölgələrdən, məsələn Çindən təkliflər var. Onlar böyük məbləğdə pul ödəməyə hazırdır. Ancaq onların təklifini geri çevirdim. Heç vaxt uzaq bölgədə futbol oynamaq üçün öz ailəmi tərk etmərəm. Hətta böyük məbləğ verilsə belə..."
Qeyd edək ki, Huntelar 2010-cu ildən "Şalke"də çıxış edir