"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Sport-Ekspress Ukrayna"ya geniş müsahibə verib. Sportnet.az həmin müsahibəni təqdim edir...
"Qurbanovun hərəkəti məni təəccübləndirmədi"
- Hərdən deyirlər ki, yeni klubda ikinci mövsüm paraşütçünün ikinci tullanışı kimidir. Yəni, birincisinə nəzərən çətindir. Sizinlə bağlı məsələdə bu müqayisə aktualdır?
- Ötən mövsüm asan olmadı. Bu, dəqiqdir. Hansısa anlamda onu iki hissəyə bölmək olar. Ötən mövsüm biz Avropa Liqasında 4 mərhələ keçdik və qrupa düşdük. Bu isə deyərdim ki, fantastik işin təzahürüdür. Mövsümün ikinci hissəsini isə çempionatın özü adlandırmaq olar ki, orada çox çətinlik yaşadıq. Hətta düşünürəm ki, bir məşqçi kimi bu bölüm mənim üçün karyeramda ən ağırı oldu.
- Bir il öncə həm siz, həm də rəhbərlik etiraf edirdiniz ki, 3-cü yer hədəf və qürur üçün səbəb deyil, daha qlobal inkişafa köklənmisiniz. İndi isə yenə bürünc medal qazanmısınız. Bu da klub tarixində ən yüksək nailiyyətdir. Bu, sevindirici sabitlik əlamətidir, yoxsa kədərləndirici müvəqqəti böhran əlaməti?
- Kədərlənmədən söhbət gedə bilməz. Üstəlik, mən ümumiyyətlə, bu nəticənin qiymətləndirilməsində neqativ tonu istisna edərdim. Allahı qəzəbləndirməyə gərək yoxdur. Edə bildiyimizi qiymətləndirmək lazımdır. Bunu cəsarətlə yaxşı nəticə kimi xarakterizə etmək olar. Bununla belə, sualın emosional tərəfini götürsək, əlbəttə, biz "Qarabağ"la döyüşmək və birincilik uğrunda mübarizə aparmaq niyyətində idik. Açıq-aşkar deyirdik ki, bu, mümkündür və yəqin ki, çox deyirdik.
- Bu qədər demək lazım deyildi?
- Niyə? Mənə elə gəlir ki, insanlar hansısa yüksək ideya irəli sürməli və qarşılarına ambisiyalı məqsədlər qoymalıdırlar. Amma vəziyyəti sağlam və düşünərək analiz etdikdə, başa düşürük ki, hazırda Azərbaycan çempionu bizdən güclüdür və öz layiqli yerini tutur. Mövsümü xatırladıqda, oyunla "Qarabağ"a uduzduğumuz bir-iki matç istisna olmaqla, qalan qalib gələ bilmədiyimiz görüşlərdə "Qəbələ"nin qələbəyə tam imkanı çatırdı. Təəssüf ki, çempionat bir xroniki problemlə - imkanlardan aşağı səviyyədə yararlanmaqla müşayiət olundu. Oyunlarımızın çoxunu böyük üstünlüklə keçirdik. Lakin qol imkanlarımızdan az yararlana bildik. Məhz bu səbəbdən də çoxlu xal itirdik. Açıq deyirəm: Elə oyunlarımız oldu ki, 10 qol imkanını qaçırdıq.
- "Qarabağ"ın bu cür davamlı hegemonluğu nə ilə əlaqədardır? Demək olarmı ki, bu klub bütün aspektlərdə artıq neçə ildir məqsədyönlü və davamlı inkişaf edir?
- Bu komanda bizim əsas rəqibdir. "Qarabağ" barədə çox şey bilirəm və nəinki yaxşı, hətta yüksək tonda danışa bilərəm. Bu klubda uğurun əldə olunması üçün bütün işlər yüksək səviyyədədir. Səmimi qəlbdən arzu edirəm ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə düşsün və fikrimcə, komanda buna çox yaxındır.
- "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova çox hörmətlə yanaşdığınızı bilirik. Bakı "İnter"i ilə matç zamanı onun öz oyunçusuna mübahisəli penaltini bilərəkdən qapıdan kənara vurma göstərişini verməsi hörmətinizi möhkəmləndirdi?
- O vaxt da demişdim və indi də təkrarlayıram: Qurbanov gözəl məşqçi və əla insandır. Onun alicənab davranışı məni əsla təəccübləndirmədi. Hətta deyərdi ki, bu insanla xoş münasibətlərimizin formalaşmasına çox şadam və biz istənilən vaxt zəngləşərək, istənilən mövzuda danışa bilərik.
"Kloppun komandalarına həmişə simpatiyam olub"
- "Qəbələ"nin Avropa Liqasında qrup mərhələsinə düşməsini elmi fantastika adlandırmışdınız. Demək olarmı ki, qrup mərhələsində bu janr yerini sərt reallığa verdi?
- Niyə axı... Qrup mərhələsindəki çıxışımızı tam layiqli dəyərləndirirəm. Gözəl başa düşürsünüz ki, Dortmund "Borussiya"sı ilə biz obyektiv səbəblərdən müxtəlif qütblərdəyik. Bununla belə, belə güclü maşını bir neçə dəfə məyus etmək imkanı qazandığımız ev oyunumuzun ilk yarısını ömürboyu xatırlayacağam. Aydın məsələdir ki, matçın 1:3 hesablı nəticəsi fonunda bütün bunlar zəif təsəlli kimi görünür. Amma fraqmentlərlə götürdükdə, yüksək keyfiyyətli oyun ortaya qoya bildik. Bu, müəyyən mənada "Krasnodar"la səfər oyunumuza da aiddir. 1:2 hesablı məğlubiyyətə rəğmən, mövsümün ən yaxşı qarşılaşmalarından idi. PAOK-a isə nə evdə, nə də səfərdə uduzduq. Ona görə də fikrimcə, böyük təcrübə qazandıq.
- "Pley-off"da "Panatinaikos"u mübarizədən kənarlaşdırdığınızı nəzərə alaraq, PAOK-un sizinlə oyuna çox ciddi kökləndiyini iddia etmək olar?
- Onların bizimlə görüşə hansı qiymət və niyyətlə yanaşdıqlarını bilmirəm. Amma PAOK-un məşqçi və oyunçularının açıqlamalarına əsasən, demək olar ki, "Qəbələ"yə tam ciddi və hörmətlə münasibət bəsləyirdilər. Onlar "Panatinaikos"un səviyyəsini yaxşı bilirdilər və belə klubu oyunla, heç bir təsadüfi element olmadan üstələyən komanda zəif ola bilməz.
- "Çernomorets”də işlədiyiniz zamanı canlı efirdə Avropa Liqasının pley-off mərhələsində komandanıza "Lion”un düşəcəyini az qala tapmağınız yada düşür. İndi isə eşitdiyimə görə, "Borussiya”nı özünüzə rəqib seçmişdiniz...
- Ola bilsin ki, belə bir şey dilimdən çıxıb. İlk növbədə ona görə ki, belə səviyyədə hansısa komanda ilə oynamağı həqiqətən istəyirdim. Mən başa düşürdüm ki, adl-sanlı klublarla görüşlər istənilən halda, həm futbolçular, həm də azarkeşlər üçün böyük hadisə olacaq və onların bütün həyatlarında yada düşəcək. Yalnız belə rəqiblərlə maçlarda başa düşürsən ki, əsl böyük futbolla yolun kəsişir. Futbolçular təcrübə toplayır və bununla yanaşı, özünəinam da əldə edirlər. Məşqçilər isə təhlil düşüncələri üçün böyük vəsait alırlar.
- Xatırladığıma görə, Dortmund klubu hələ Yurgen Kloppun dövründə sizin yaradıclıq baxışlarına az təsir göstərməyib?
- Kloppun komandanı Çempionlar Liqasının finalına çıxaranda nə etdikləri, şübhəsiz ki, maraqlı idi. Açıq deyim ki, mən indiyədək onun işini izləyirəm və "Liverpul”un iştirakı ilə matçlara baxrıram. Belə nəticəyə gəlirəm ki, almaniyalı mütəxəssisdən hələ də öyrənməyə nəsə var. "Borissiya” mövzusunda qayıdınca, Dortmunddakı oyunumuzdan sonra bu komandanın turnirin finalına çıxacağına proqnoz vermişdim. "Borussiya” həqiqətən buna çox yaxın idi. Ancaq azmaz şeylər çatmadı. Bir də "Liverpul"a kimin rəhbərliyini xatırlayırıq. O, inanılmaz emosional yüksəliş hesabına Dortmundu avrokuboklardan çıxardı.
"Cəzanı qəbul etdim və onu çəkdim"
- Üç cəbhədə instensiv çıxış sizdən məşq prosesinə digər yanaşmanı və daha intensiv rotasiyanı tələb edirdi?
- Belə deməzdim. Belə vəziyyətlərdə kadr işinə yanaşma və prinsiplər bizə yaxşı məlumdur. Bu, 2 il öncə "Çernomorets”də yükləmələri bölüşdürən zaman biz tərəfdən yoxlanmışdı. Səmimi deyirəm ki, həmin vaxtın təhlilinə müraciət edirdim və iki komandamda baş verənləri müqayisə edirdim. Çünki bu, həm də maraqlıdır və məşqçi kimi təkmilləşmək üçün çox vacibdir. Bir şeyi də unutmayaq ki, bəzi futbolçulardan, məsələn, Aleksey Qay hər iki komandada oynayıb. O, belə qrafikə adətkardır. İndi deyə bilərik ki, düzgün addım atdıq və öz hesablarımızda kobud səhvlər olmadı.
- Bəs onda payızda komandanın 10 oyunluq qələbəsiz seriyasını nəylə əlaqələndirirsiniz?
- Həmin gərgin vaxtda müxtəlif səbəblərdən aparıcı futbolçularımız sıradan çıxırdı. Onlar arasında oyun üslubumuzu daha çox müəyyənləşdirən və həlledici qollar vurmağı bacaran komandanın kapitanı Cavid Hüseynov da vardı. Bu, braziliyalı Dodoya da aiddir. O, zədə üzündən uzun müddətə sıradan çıxdı. Bu, oyun stilimiuzə çox uyğun gələn, ancaq komandanı ailə səbəblərindən tərk edən argentinalı Fakundoya da aiddir. Təbii ki, bu, klubun nəticələrinə təsir etməyə bilməzdi. Onu yada salaq ki, biz yenilənmiş heyəti iyunda yığdıq və Avropa Liqasında 4 təsnifat mərhələsi keçərək onu balanslaşdırdıq. Bundan sonra müəyyən oyun anlaşması olan vaxtda hansısa müddətə aparıcı futbolçularımızı itirdik. Bu, sadəcə, təsirli yox, həm də ağrılı idi. Ümumiyyətlə, bir qədər paradoklsal vəziyyət yarandı. Həmin vaxt həm Avropa Liqasında, həm də daxili çempionatda xalı çətinliklə qazanırdıq. Bunlar, böyük üstünlüklə və yaxşı üslubda keçirdiyimiz ilk oyunlar idi. Ancaq əvvəl dediyim kimi, az qol vurmaq problemini həll edə bilmirdik. Hücumçularımıza sonluqda ustalıq səviyyəsi çatmırdı. Düzünü desəm, bəzi hallarda xeyrimizə olmayan hakim qərarları ilə üzləşirdik.
- Siz "Qəbələ”nin apreldəki matçlarında sistematik hakim səhvləri haqda kəskin danışdınız. Sizcə, bu, təsadüfdür, yoxsa, komandanıza həqiqətən kimsə mane olurdu?
- Hakimlər canlı insanlardır ki, onlar da səhv edə bilər. Bədbəxtçilik yalnız ondadır ki, biz hakim səhvlərindən bütün mövsüm boyu bəzən mütəmadi üzləşirdik. Nəticənə N qədər xal itirdik. Bunda bəhanə axtarmıram, ancaq bunu bəzi hörmətsizlik kimi qəbul edirəm. İlk növbədə ona görə ki, Azərbaycanın ən yaxşı hakimləri səviyyəlidirlər. Bunu dəqiq hesab edirəm. Onlar çox keyfiyyətli işləməyi bacarırlar.
- "Rəvan”la matçda texniki zonanı pozduğunuza görə qovuldunuz. Əvvəl sizinlə belə şey olub?
- Bir dəfə "Çernomorets”də. Onda "İlyiçevets”lə oyunu buraxmalı oldum. Azərbaycanda isə bunadək belə şey olmamışdı. Ümid edirəm ki, bundan sonra olmayacaq. Hakim hesab etdi ki, texniki zona xəttini keçdim. Buna görə ona heç bir iradım yoxdur. Cəzanı qəbul etdim və onu çəkdim.
- Növbəti turda "Xəzər Lənkəran”la oyunda Mixail Savka ilə anlaşmanız necə quruldu?
- Oyunun özü yaxşı və harsada sakit alındı. Prinsipcə, biz 1:0-dan böyük hesabla qalib gələ bilərdik. Heç bir təşviş yox idi.
"Qluşenkonu nostalgiya bezdirdi"
- Bir neçə söz də ukraynalı futbolçuların keçirdiyi mövsüm haqda. Aleksey Antonova optimal formanə yığa bildimi? Mətbuatda yazılanlara görə, mediada əməlli təzyiqlə üzləşirdi...
- O, mövsümə avrokuboklarda başladı və komandanın Avropa Liqasının qrupuna çıxmasına kömək etdi. Fikrimcə, həmin mərhələdə ən yaxşı kondinsiyalarına yaxınlaşırdı. Ancaq Premyer Liqanın payız mərhələsinin ilk matçındaca ciddi zədə aldı. Bu, yetərincə çətin bərpa olunmağı tələb edirdi. Ümumi qrupa qayıdandan sonra Alekseyə asan olmadı.
- Aleksey Qay dəblə olduğu kimi desək, "Xrist yaşına” çatanda klubun bombardiri oldu və son turda "Kəpəz”lə matçda qələbə topunu vurmaqla komandaya faktiki bürünc medal qazandırdı...
- Həmin matçda bütün komanda əla oynayırdı. Buna görə hər futbolçuya minnətdaram. Alekseyə gəlincə, bizim klub üçün sistem yaradan və oyunun təşkilində çox aparıcı futbolçu idi. Bura yüksək məhsuldarlığı da əlavə edək. Biz hətta ona gülürdük ki, Qayın rəsmi turnirlərdə vurduğu 14 qolundan başqa daha 4-5 qolu sayılmadı. Əks halda o, hətta çempionatın bombardiri tituluna iddia edə bilərdi.
- Dmitri Bezotosnı özünü necə göstərdi? Altı il öncə deyirdilər ki, o, heç vaxt ciddi qapıçı olmayacaq. Ancaq Bezotosnı Ukrayna yığmasına namizəd səviyyəsinədək yüksəldi...
- Dima inkişaf etməkdə davam edir. O, mövsümü yaxşı səviyyədə keçirdi. Məncə, hamı ondan razıdır. Dmitri klub üçün faydalı simadır. Həm səviyyəli qapıçı, həm də insanlarla xoş ünsiyyətcil kimi. Yeri gəlmişkən, artıq dəqiq demək olar ki, o, növbəti mövsümdə də "Qəbələ”də qalacaq.
- Ukrayna ylğması ənənəvi olaraq səviyyəli müdafiəçi qıtlığı ilə üzləşir. Necə hesab edirsiniz ki, Vitali Vernidub əsas komandanın geniş siyahısında yer ala bilərdimi?
- Vitali avrokubokları çox yaxşı keçirdi. Çempionatda meydanda az oldu. Ancaq bununla əlaqədar onun peşəkarlığını qeyd etmək istəyirsən. Hansısa vaxtda Vernidub daim oyun praktikasız qaldı, ancaq özünü çox məsuliyyətlə aparırdı. Formasını saxlayırdı, sağlam rəqabət yaradırdı. Çeçpionatın sonunda əsas heyətə düşdü və bütün oyunları çox yüksək səviyyədə keçirdi. Ukrayna yığmasına gəlincə, bu məsələdə məşqçiyə tövsiyyə vurmağa işarə olmadan yalnız öz düşüncələrimi bölüşə bilərəm. Mən əminəm ki, ölkənin əsas komandasına çox yüksək səviyyəli məşqçilər rəhbərlik edir. Onlar layiqli işləyirlər və milli komandaya potensial namizəd olan bütün ukraynalıları izləyirlər.
- Mövsümün gedişində məşqçilər korpusunuzu Andrey Qluşenko tərk etdi. Qapıçılarla işləyən məşqçini nostalgiya bezdirdi?
- Yəqin ki, siz ən düz sözü seçdiniz. Əsas problem ondadır ki, köməkçilərim müxtəlif səbəblərdən ailələrini özləriylə götürə bilmədilər. Onlar Ukraynada qaldılar. Bu, Mixail Savkaya da aiddir, Stepan Matviyivə də. Andrey həyat yoldaşından və uşaqlarından ayrı qaldığına görə çox narahat idi. Bu hissləri keçirərkən işə konsentrasiya olmaq çox çətindir. Bax buna görə onun vətənə qayıtmaq istəyinə tam anlayışla yanaşıram. Yalnız bir neçə gün öncə Qluşenkoya zəng edərək işlərinin necə olması ilə maraqlandım.
"Bir dəfə oxudum ki, Antonov həyat yoldaşımın qohumudur”
- Senytyabrın əvvəlində seleksiya işindən məmnunluğunuzu ifadə etdiniz. Mövsümdən sonra yeni futbolçular haqda pozitiv fikirlərinizi təsdiqləyə bilərsiniz? Məsələn, "ukraynalı eston” Sergey Zenyov? Onun Azərbaycan Premyer Liqasında 2 qol vurmasına əsasən deyə bilərik ki, onu yarımmüdafiəyə yaıxn istifadə etmisiniz?
- Niyə ki? Mənim anlamında Zenyov hücumammeyli oyunçudur. O da qol vurmalıdır. Hərçənd, hücumçulardan həmişə çox qol və keyfiyyətli hücum hərəkətləri gözləyirlər. Ümumuyyətlə, seleksiya incə və asan olmayan şeydir. Bax indi də fikirləşirik ki, bunu maksimal effektiv keçirək, bütün xırda nüansları nəzərə alaq.
- Azərbaycan pasportu olan Pavel Paşayevlə bağlı vəziyyəti aydınlaşdıra bilərsiniz? Onun meydanda az olmasını izah edərkən bəzi jurnalistlər belə versiya irəli sürürdülər ki, onu "Qəbələ”yə sizin razılığınız olmadan gətiriblər?
- Siz düşünürsünüz ki, peşəkar klubda belə şey mümkündür? Principcə, komandaya baş məşqçinin razılığı olmadan necə futbolçu dəvət etmək olar? Bizdə kadr problemi yarandı ki, nəticədə Rikardinyonu meydanın mərkəzinə keçirməyi planlaşdırırdıq. Onda Paşayevi dəvət etdik. Hesab edirəm ki, Pavel bizə cinah müdafiəçisi mövqeyində rəqabətin səviyyəsini artırmaqda kömək etdi. Hərçənd, o, meydanda həqiqətən az oldu, Paşayevin alınmasını səhv adlandıra bilmərəm.
- "Qəbələ” fanatlarının mövsümün sonunda istefanızı tələb etmək hərəkəti sizi təəccübləndirmədi?
- Mən gözəl başa düşürəm ki, bizim klubun bütün azarkeşlərinin fikri deyildi. Ayrı insanların çağırışlarına qlobal önəm verməyin elə bir mənası yoxdyr. Mən klubun fanalatlarına böyük sevgi və minnətdarlıqla anaşıram. Çünki avrokuboklarda Qəbələdə və Bakıda çıxış etdiyimiz zamanı onların bizi necə dəstəklədiklərini xatırlayıram. Buna görə də məndən onların ünvanına heç bir pis eşitməyəcəksiniz. Əksinə, dəstəyə görə onların qarşısına baş əyirəm.
- Sizin haqda internetdə yazılan ən gülməli şey nə olub?
- Antonovun həyat yoldaşımın qohumu olması...Bunu necə şərh etmək olar, bir də niyə? Sadəcə, buna gülmək və tez yaddan çıxatrmaq lazımdır. Ancaq belə hallar nadir istisnalardır. Ümumilikdə, Azərbaycanda jurnalistlər yüksək peşəkarlıq səviyyəsinə malikdirlər, öz nəşrlərində keyfiyyətli işləyirlər. Onların çoxu qarşılıqlı hörmət səviyyəsində münasibət və yetərincə peşəkar əməkdaşlıq yaranıb.
- Yerli mətbuatın sizi 2015-ci ildə Azərbaycanda ən yaxşı məşqçi seçməsinə təvazöklarlıqla susdunuz...
- Bəli, belə bir şey olub. Fürsətdən istifadə edərək bu diqqətə görə bir daha minnətdaram. Futbol jurnalistlərsiz mümkün deyil.
- Biz Azərbaycan mentalitetinin xüsusiyyətlərini dəfələrlə müzakirə etmişik. Ancaq məndə belə sual yaranıb. Yerli futbolçuların çoxunun dini qaydalara əməl etməsini necə həll edirsiniz? Təlim-məşq toplanışı vaxtı özünü yeməkdən məhrum etmək orqanizm üçün çox da xeyirli deyil...
- Mən açıq deyirəm ki, komandamızda futbolçuların çoxu dindardır. Yayda müəyyən vaxtda özlərini yalnız yeməkdən yox, sudan məhrum edirlər. Yalnız axşam güclərini bərpa edirlər. Bu, yetərincə çətindir, çünki mövsüm öncəsi hazırlıqla üst-üstə düşür. Buna belə, həmişə futbolçulara güzəştə gedirəm, qrafiki tənzimləyirəm ki, insanlar dua edə bilsinlər. Buna görə dini məsələlərə səliqəli və çox hörmətlə yanaşmaq lazımdır.
- "Qəbələ”nin akademiyasında futbolla məşğul olan Tamerlanın işləri necədir?
- Klubun uşaq məktəbində iş üçün əla şərait yaradılıb. Prosesin özünə yanaşma çox ciddidir. Oğlum kiçik qrupda çalışır. Növbəti mövsümdən onun yaşında çempionat başlayır. Onun işinə münasibətinə baxacağıq. Ümumilikdə şəxsi istəyinə böuük önəm verirəm. Əgər istəyirsə, qoy, məşq etsin. Onu istəyi olmadan nəyəsə məcbur etməyin mənasız yoxdur.
- Ukraynadakı ikihəftəlik məzuniyyətinizi necə keçirməyi planlaşdırırsınız?
- Bakıdan Odessaya gəldim. Hansı vaxtı burada olacağam. Sonra qızım gələcək və biz hamımız birgə mənim vətənimə, doğma Kolomıyaya yollanacağıq.