"Qəbələ”nin ukraynalı müdafiəçisi Vitali Vernidub öz ölkəsinin mətbuatna geniş müsahibə verib. Sportnet.az həmin müsahibənin Azərbaycanla bağlı olan hissəsini təqdim edir.
- Azərbaycanın "Qəbələ” klubu səni nəyilə cəlb etdi?
- Mən həmişə qarşıya vəzifə kimi Top, yaxşı komandada oynamağı qoyurdum. Avropanı arzulayırdım, məqsədim yaxşı Ukrayna komandasında oynamaq idi. "Qəbələ” ilə müqavilə imzalayanda isə artıq elə yaşda (futbol ölçüləri ilə) idim ki, təklif gözləmək vaxtı deyildi. Daha bir neçə il sonra artıq heç kimə maraqlı olmaya bilərdim. Əlbəttə, çoxları hesab edir ki, Azərbaycan yetərincə ekzotik ölkədir, heç də futbol ölkəsi deyil. Təklif qəbul edərək bu ölkəyə getdiyim zamanı əmin oldum ki, orada yaxşı şərait və yaxşı futbol var. Düzgün yanaşma və münasibətin qarşılığında peşəkar planda artırmaq, futbolçu kimi inkişaf etmək olar. Hə, bir də özün, həyat üçün hansısa şəxsi təcrübə almaq. Hər halda, müsəlman ölkəsidir, bizdən fərqlənir, öz qanunları, öz qaydaları var.
- Tam başqa adətləri olan ölkənin həyatına girmək çətin idi? Hər halda, bizim insan üçün müsəlman mədəniyyəti yaddır...
- Konkret mənim üçün bu, problem deyildi. Bəli, ölkə spesifikdir. Ancaq mən ünsiyyətcil insan olduğumdan, digər insanlarla yetərincə asan dil tapıram. Buna görə mənim üçün heç bir problem yaranmadı. Hərçənd, bəzi şeylər məni təəccübləndirdi, heyrətləndirdi. Məsələn, dinin özəllikləri. Ancaq getikcə öyrəşirsən və görürsən ki, onların xalqının iradəsi inanılmaz möhkəmdir, dinə həssas yanaşırlar, insanları çox səbirlidir.
- Ukrayna və Azərbaycan futbolunun hazırkı səviyyələrini müqayisə edərək nə deyə bilərsən?
- Əgər 3 il əvvəli götürsək, Ukrayna futbolu indidən 1 baş güclü idi. Onda bizim bir neçə ciddi komandamız vardı. Hansılar ki, öz aralarında rəqabət aparırdılar. O vaxtdan ölkədə çox şey dəyişib... Həmin şeyi bilən insanlar mənə Azərbaycan haqda da deyirlər. Bir neçə il öncə yerli futbola ciddi maliyyə vəsaiti qoyulub, yüksək oyun səviyyəsi olub.
- İndi "Qəbələ”ni Roman Qriqorçuk çalışdırır. Onu zaporojyeli azarkeşlər çox sevirlər. Qriqorçuka Azərbaycanda necə yanaşırlar?
- İki ildir dalbadal Avropa Liqasının qrup mərhələsinə çıxırıq. Onun gəlişinədək belə şey olmamışdı. Komanda yetərincə gəncdir, 10 yaşı var. Bu müddətdə belə nəticə əldə etmək şərəflidir. Bir vaxtlar Azərbaycanda yalnız "Qarabağ” tanınıb. İndi isə "Qəbələ” 2-ci ildir Avropa Liqasının qrupuna düşür. Buna görə fikrimcə, ölkədə futbolu izləyənlər Qriqorçukun xidmətlərinə hörmət edir və onu qiymətləndirirlər.
- Azərbaycanda fanat hərəkatı inkişaf edib?
- Qəbələdə azarkeşlik edirlər, stadiona gəlib dəstək olurlar, hansısa bannerəri qaldırmağa çalışırılar. Görünür, hərəkat yalnız indi başlayıb. Yeri gəlmişkən, məni tez-tez arxadan serbiyalı Vojislav Stankoviçlə səhv salırlar. Biz təxminən eyni boydayıq.
- Azarkeşlər matçan sonra sizi çıxışda kababla qarşılamırlar ki?
- Orada hamı bir-birinə qardaşdır. Bəzən buna görə kuryoz yaşanır. Hamı əmindir ki, biz mütləq özümüzlə paylamaq üçün içərisində futbol maykaları olan yeşik gəzdiririk. Uşaqlar isə əmindirlər ki, hər futbolçunun 1000 cüt "şitki”si var ki, onları hədiyyə edə bilər. Elə olur ki, matçlar arasında fasilə cəmi bir neçə gün olur və sən sadəcə, daha bir fubolka və ehtiyat "şitki” üçün getməyə vaxt çatdıra bilmirsən. Buna görə təəssüf ki, bəzən uşaqlara hədiyyə verməkdən imtina etməli olursan.
- Ailən səninlə Azərbaycanda yaşayır, yoxsa Zaporjyedə səni gözləyir?
- Həyat yoldaşımla uşağım mənimlə 3-4 ay yaşadılar. Ancaq onlara orada çətin idi. Oğlumun hələ 3 yaşı var. İnkişafı üçün indi ona aydın olan sosial həyat lazımdır. Orada uşaq üçün belə şərait yoxdur. Buna görə qərara aldıq ki, ailəm bura qayıtsın. İmkan daxilində 1-2 həftəlik yanıma gəlirlər. Mən də ayda 1 dəfə istirahət olanda onların yanına gedirəm. Belə alınıb ki, hələlik nələrisə qurban vermək lazımdır.
- Ailə ayrılığını necə keçirirsiniz?
- Artıq öyrəşmişik. Çalışırıq ki, bir-birimizin yanına tez-tez gələk, görüşək. "Qəbələ” ilə müqaviləmin bitməsinə 1 il qalıb. Əgər 1 il tez getdisə, növbəti 1 il də belə tez gəlib keçəcək.
- Bəs gələcək, müqavilən bitəndən sonrakı planlar?
- Yaşayarıq, görərik.
- Dil baryeri hiss olunur?
- Onlarda gənc nəsil rus dilini az bilir. Kimlər ki yaşca böyükdür, bəli, bilirlər - hələ SSRİ dövründən. Bakıda çoxlu turist var. Ona görə rusdilli kontingent yetərincədir. Ancaq Qəbələdə bu, problemdir.
- Ümumiyyətlə, Qəbələ necə şəhərdir?
- Sakit, rahat. Turistik, səsli-küylü, isti Bakıdan fərqli olaraq Qəbələ azərbaycanlılar üçün dağ kurortudur. İstirahət günlərində ora təmiz hava qəbul etməyə, sakitlikdə dincəlməyə gəlirlər. Əyləncələrdən isə yalnız funikulyorlardır.