"Neftçi" klubu Azərbaycan Premyer Liqası və əvəzedicilərin çempionatının XIII turunda "Kəpəz"lə keçiriləcək oyun üçün Gəncə təmsilçisinə müraciət ünvanlayıb. Sportnet.az-ın məlumatına görə, paytaxt klubunun yaydığı bəyanatda ünvan yanlış göstərilib.
"Neftçi"nin icraçı direktoru Orxan Hüseynzadə tərəfindən yazılmış məktubda məsul şəxs "Kəpəz"in sabiq icraçı direktoru Mehman Allahverdiyev göstərilib.
Hazırda isə "Kəpəz"in icraçı direktoru Cabir İbrahimovdur. Cavab məktubu da elə məhz yeni icraçı direktorun adı ilə yazılıb.